
“Neftçi”nin futbolçusu “Qarabağ”la matçda zədələndi
“Neftçi”nin futbolçusu Ömər Buludov zədələnib.
Komanda.az xəbər verir ki, 23 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyununda ciddi xəsarət alıb.
Rəqib futbolçu İbrahima Vadjinin qarşısını almağa çalışarkən ağır zədə alan Buludov meydanı xərəkdə tərk edib. Onun yerinə 37-ci dəqiqədə İsmayıl Zülfüqarlı meydana daxil olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin