Namik Ələskərov “Bursaspor”la müqavilə imzalaya bilər – bu gün
“Neftçi”nin futbolçusu Namik Ələskərovun Türkiyənin “Bursaspor” klubuna keçidi bu gün rəsmiləşə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “bursa.com” saytı məlumat yayıb. Xəbərdə, Namikin bu gün Bursaya gələcəyi və yeni klubu ilə 2+1 illik müqavilə imzalayacağı bildirilib.
“Bursaspor” 26 yaşlı yarımmüdafiəçi üçün “Neftçi”yə 50 min avro təzminat ödəyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin