Namik Ələskərov “Bursaspor” üçün tibbi müayinədən keçdi
“Neftçi”nin futbolçusu Namik Ələskərov Türkiyəyə yollanıb.
Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Bursaspor” klubu üçün tibbi müayinədən keçib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Bursaspor” Namiklə 3 illik müqavilə imzalayacaq.
Türkiyənin 1-ci liqasında mübarizə aparan “Bursaspor” Namik üçün “Neftçi”yə 50 min avro təzminat ödəyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin