“Bursaspor” Namik Ələskərov üçün 50 min avro təzminat ödədi

“Neftçi”nin futbolçusu Namik Ələskərov karyerasını Türkiyədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Bursaspor” klubuna keçəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Bursaspor” Namik üçün “Neftçi”yə 50 min avro təzminat ödəyib.

Türkiyə klubu azərbaycanlı yarımmüdafiəçi üçün təyyarə bileti göndərib və Namik bu gün Türkiyəyə yollanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button