“İnanıram ki, hər şey qaydasına düşəcək” – Namik Ələskərov

“Neftçi”nin futbolçusu Namik Ələskərov Sloveniyanın “Domjale” komandasına qarşı keçirdikləri yoxlama oyunundan (1:2) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Ələskərov, klubun televiziyasına açıqlamasında bunları deyib:

“Yoxlama oyunu olsa da, istəyirdik qələbə qazanaq. Alınmadı. Əsas odur ki, oyunumuzu yaxşılaşdıraq. Qarşıda bir yoxlama oyunumuz var. Çalışacağıq ki, yaxşı performans göstərək.

Əsas olan Tbilisidəki “Dinamo” ilə matçdır. Bu oyuna tam hazır olmaq lazımdır. İnanıram ki, hər şey qaydasına düşəcək”.

“Neftçi” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 7-də Gürcüstanda “Dinamo” ilə qarşılaşacaq. Komandalar arasındakı cavab matçı iyulun 14-də, Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button