
“Neftçi”nin futbolçusu milliyə çağırıldı
“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasına dəvət olunub.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu U-23 Afrika Millətlər Kuboku çərçivəsində martın 20 və 24-də Seneqal yığması ilə keçiriləcək oyunlara çağırılıb.
Mamadu Kane bu mövsüm “Neftçi”nin heyətində 4 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin