“Neftçi”nin futbolçusu millinin düşərgəsinə getməyəcək
“Neftçi”nin legioner futbolçusu Alfa Konte şərəfini qoruduğu Syerra Leone millisinin düşərgəsinə yollanmayacaq.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb yığmanın oyunlarının ləğv olunmasıdır.
Syerra Leone millisi martın 22-də və 25-də Sudan və Botsvana ilə yoldaşlıq görüşləri keçirməli olsa da, hər iki komanda sözügedən matçlardan imtina edib.
Alfa Konte “Neftçi”yə bu ilin əvvəlində Bolqarıstanın “Lokomotiv” klubundan keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin