“Neftçi”nin futbolçusu millidən ayrılır
“Neftçi”nin futbolçusu Eddi İsrafilov Azərbaycan millisinin düşərgəsindən ayrılacaq.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı yarımmüdafiəçinin səfərdə Avstriyaya 1:4 hesabı ilə uduzduqları AÇ-2024-ün seçmə mərhələ görüşündə zədələnməsidir.
Matçın gedişində sıradan çıxan futbolçu Solnada İsveç yığmasına qarşı keçiriləcək qarşılaşmanı buraxacaq.
İsveç – Azərbaycan oyunu martın 27-də “Frends Arena”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin