“Neftçi”nin futbolçusu Malayziyadakı turnirdə iştirak edəcək

“Neftçi”nin futbolçusu Ataa Caber “Merdeka” turnirində iştirak edəcək.

Komanda.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı yarımmüdafiəçi Fələstin millisinə çağırılıb. Komanda oktyabrın 9-da Malayziyada startı verilən yarışda qüvvəsini sınayacaq. “Merdeka” turniri oktyabrın 18-dək davam edəcək.

Ataa Caber Fələstin millisinin heyətində 4 oyunda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button