“Neftçi”nin futbolçusu Livan və Avstraliya millilərinə qarşı
“Neftçi” PFK-nın yarımmüdafiəçisi Ataa Caber Fələstin milli komandasına dəvət alıb.
Komanda.az xəbər verir ki, 29 yaşlı futbolçu yığmanın heyətində dünya çempionatının seçmə mərhələsi oyunlarında iştirak edə bilər.
Fələstin millisi noyabrın 16-da BƏƏ-də Livan, ayın 21-də isə Küveytdə Avstraliya yığması ilə qarşılaşacaq.
Caber Fələstin milli komandasının heyətində 4 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin