“Neftçi”nin futbolçusu Latviya klubunda
“Neftçi”nin yetirməsi Elvin Sərkərov karyerasını Latviyada davam etdirəcək.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi “Dauqavpils” klubu ilə müqavilə imzalayıb.
Müqavilənin şərtlərinə görə, Elvin Sərkərov başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi “Neftçi”yə ödəniləcək. Bundan əlavə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Azərbaycana qayıdacağı halda ilk seçimini “Neftçi” üzərində edəcək.
Sərkərov bu mövsüm 6 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin