“Neftçi”nin futbolçusu kubok matçını buraxa bilər

“Neftçi”nin bir futbolçusu “Turan Tovuz”a qarşı keçiriləcək Azərbaycan kubokunun yarımfinalının cavab oyununu buraxa bilər.

Komanda.az xəbər verir ki, bu barədə klubun baş həkimi Şaiq Zöhrablı məlumat verib. O, klubun televiziyasına açıqlamasında deyib ki, müdafiəçi Azər Əliyev kollektivlə birlikdə məşqlərə qoşulmasına baxmayaraq, boynundakı ağrılardan əziyyət çəkir. Baş həkim 29 yaşlı cinah oyunçusunun durumuna yenidən baxılacağını əlavə edib.

Bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” görüşü saat 20:00-da başlayacaq. Bu komandalar arasında Tovuzda baş tutan ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button