Honda: “İbrahimoviçlə heç vaxt görüşməmişəm, amma bunu çox istərdim”
“Neftçi”nin futbolçusu Keysuke Honda İtaliya mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, “La Gazetta dello Sport” nəşrinə danışan Honda, isveçli hücumçu Zlatan İbrahimoviçlə görüşmək istədiyini deyib:
“İbrahimoviçlə heç vaxt görüşməmişəm, amma bunu çox istərdim. Onun böyük bir futbolçu olduğunu düşünürəm və onun haqda daha çox şey bilmək istərdim. Hələ də “Milan”ı izləyirəm. Ümid edirəm ki, skudettonu qazanarlar”.
Honda 2014-2017-ci illər aralığında “Milan”da çıxış edib. Yaponiyalı yarımmüdafiəçi “Neftçi” ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin