Honda və Canni De Byazi Ağdamda FOTO

“Neftçi”nin futbolçusu Keysuke Honda Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla birlikdə Ağdama səfər edib.

Komanda.az xəbər verir ki, bu barədə yapon futbolçu “instagram” hesabında məlumat yayıb. Onlar Cümə məscidində və “İmarət” stadionunda olublar. Honda, De Byazi və Elxan Məmmədovla şəklini paylaşaraq, bunları qeyd edib:

“Dünən Bakıda “Qarabağ”a qarşı oynadım. Əslində, “Qarabağ” klubu ev oyunlarını indiki olduğum yerdə – Ağdamdakı “İmarət” stadionunda keçirməli idi. İnanıram ki, burda futbol yenidən doğulacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button