“Hazıram, amma bir az daha vaxt lazımdır” – Honda
“Neftçi”nin futbolçusu Keysuke Honda açıqlama verib.
Komanda.az xəbər verir ki, klubun televiziyasına danışan yaponiyalı yarımmüdafiəçi, komandanın son durumu və Premyer Liqadakı çempionluq şansı haqda bunları deyib:
“Gəldiyim gündən bəri hamı mənə xoş rəftar göstərir, hamıdan diqqət görürəm. Bu, mənə xoşdur. Komandaya və ölkəyə uyğunlaşmaq yaxşı gedir. Yoxlama oyununda da iştirak etmişəm. Məşqlər yaxşı gedir, komanda növbəti oyununa hazırdır.
Rəqib komandanın oyunlarını təhlil etmişəm. Baxmışam ki, necə rəqibə qarşı oynayacağıq. Aqressiv oynayırlar. Bütün bunları görəndən sonra matçın çətin keçəcəyini düşünürəm. Məşqçi bu oyunda mənə şans versə, əlimdən gələni edəcəyəm. Hazıram, amma bir az daha vaxt lazımdır.
Bu il komandanın çempion olmaq üçün yaxşı şansı var. Komandada çox keyfiyyətli və təcrübəli oyunçular var. Biz birlikdə mübarizə aparmalıyıq və sona qədər vuruşmalıyıq. Hər bir təcrübəli futbolçu gənc oyunçulara kömək olmalıdır”.
“Neftçi” Premyer Liqanın 21-ci turu çərçivəsində aprelin 4-də “Sumqayıt”ı qəbul edəcək.
Bizi Facebook-da izləyin