“Son altı oyuna nəzər yetirsək…” – “Neftçi”nin legioneri

“Neftçi”nin futbolçusu Huqo Basto klubun televiziyasına açıqlama verib.

Komanda.az xəbər verir ki, Basto, səfərdə “Sumqayıt”a qarşı keçirəcəkləri çempionat oyunuyla bağlı fikirlərini söyləyib:

“Son altı oyuna nəzər yetirsək, onlardan heç biri bizim üçün asan keçməyib. Hər biri çətin alınıb. Yalnız qarşıdakı oyunlara köklənirik. Öz üzərimizdə işləyirik ki, sonda istədiyimiz nəticələri qazanaq”.

Portuqaliyalı müdafiəçi, komanda yoldaşı Mamadu Mbodju üstələyərək əsas heyət üzvlərindən birinə çevrilməsinə də münasibət bildirib:

“Belə şeylərin heç birini düşünmürəm. Öz üzərimdə hər gün işləyirəm. Çalışıram ki, komandaya xeyir verim. Hər mövqedə çoxlu futbolçular və böyük rəqabət var. Bu da bizim daha çox çalışmağımıza kömək edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button