Azərbaycanlı hücumçunun klubu “Neftçi”nin futbolçusu ilə maraqlanır

“Neftçi”nin futbolçusu Huqo Basto karyerasını Portuqaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə “Tondela” klubu yaxından maraqlanır. Bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb. “Tondela” Bastonu mövsümün sonuna kimi icarəyə götürmək istəyir.

Basto 2021-ci ilin yayından “Neftçi”də çıxış edir. O, bu mövsüm “ağ-qaralar”la 9 oyunda iştirak edib.

“Tondela”da azərbaycanlı hücumçu Renat Dadaşov çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button