
“Neftçi”nin futbolçusu Gürcüstan millisinə dəvət alıb
“Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan millisinə dəvət olunub.
Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu millinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. Gürcüstan yığması toplanış çərçivəsində noyabrın 17-də Mərakeş millisi ilə üz-üzə gələcək.
Kvirkveliya Gürcüstan millisinin heyətində 46 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin