“Neftçi”nin futbolçusu geri döndü, məşqlərə başladı

“Neftçi”nin qapıçısı Aqil Məmmədov komandaya qoşularaq, məşqlərə başlayıb.

Komanda.az kluba istinadən xəbər verir ki, 34 yaşlı futbolçu dünən axşam saatlarında “ağ-qaralar”ın təlim-məşq toplanışı keçdiyi Rusiyanın Sankt-Peterburq şəhərinə çatıb.

Məmmədov “Matç TV turniri”ndə Rusiya “Zenit”inə 1:3 hesabı ilə uduzduqları oyunda zədələndikdən sonra Bakıya qayıtmışdı.

“Neftçi” turnir çərçivəsində iyulun 15-də “Fənərbaxça” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button