“Neftçi”nin futbolçusu: “Bu, hələ son deyil”
“Neftçi”nin futbolçusu Yusuf Laval Bakıda Finlandiyanın HİK komandası ilə keçirilən oyundan sonra sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi, HİK-lə ilk matçın nəticəsinin elə də yaxşı olmadığını qeyd edib:
“Amma bu, hələ son deyil. Haydı, uşaqlar!”
“Neftçi” Bakıdakı ilk oyunda HİK-lə 2:2 hesablı heç-heçə edib. Cavab görüşü avqustun 12-də, Helsinkidə olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin