“Neftçi”nin futbolçusu millinin heyətindən çıxarılıb

Azərbaycan millisinin üzvü Emin Mahmudov zədələndiyi üçün heyətdən çıxarılıb.

Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Neftçi”nin futbolçusunun əvəzinə “Zirə”nin yarımmüdafiəçisi İsmayıl İbrahimli dəvət alıb.

Fernandu Santuşun rəhbərlik etdiyi komanda UEFA Millətlər Liqasının qrup mərhələsində noyabrın 16-da Qəbələdə Estoniya, bundan üç gün sonra isə Solnada İsveç milliləri ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button