“Neftçi”nin futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

“Neftçi”nin futbolçusu Höccət Haqverdi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Premyer Liqanın 26-cı turuna təsadüf edib.

32 yaşlı müdafiəçi “Turan Tovuz”la görüşdə (1:1) iştirak edib. O, Premyer Liqada 2 klubun formasını geyinib. Haqverdi “Sumqayıt”da 40 (1 qol), “Neftçi”də 60 matç keçirib.

Futbolçunun debütü 2020/2021 mövsümündə olub. Haqverdi 2021-ci il yanvarın 22-də “Şamaxı” – “Sumqayıt” matçında (0:1) qonaqların heyətində meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button