Aqil Məmmədov: “Qələbə üçün əlimizdən gələni edəcəyik”
“Neftçi”nin futbolçusu Aqil Məmmədov klubun televiziyasına açıqlama verib.
Komanda.az xəbər verir ki, qapıçı, “ağ-qaralar”ın hazırlığını dəyərləndirib:
“Oktyabrın 9-da “Qəbələ” ilə yoldaşlıq matçında yaxşı oynadıq. Müəyyən çatışmazlıqlar var idi və baş məşqçi onları gördü. Milli komandalardakı futbolçular kollektivə qoşulduqdan sonra qarşıdakı görüşə tam heyətlə hazırlaşacağıq”.
Məmmədov, Premyer Liqanən 7-ci turunda “Sumqayıt”a qarşı keçirəcəkləti oyunla bağlı da fikirlərini bildirib:
“Sumqayıt”la səfərdə oynayacağıq. Rəqib yaxşı komanda formalaşdırıb. Heyətlərində gənc və mübariz futbolçular var. Əlbəttə, çətin oyun olacaq. Biz də qələbə üçün əlimizdən gələni edəcəyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin