“Legionerlərin olmamasının təsiri hələ özünü göstərmir” – “Neftçi”nin futbolçusu
“Neftçi”nin futbolçusu Aqil Məmmədov açıqlama verib.
Komanda.az xəbər verir ki, klubun televiziyasına danışan 31 yaşlı qapıçı, komandanın hazırlığı ilə bağlı bunları deyib:
“Dünəndən məşqlərə başlamışıq, gündə 1 məşq edirik. Sabahdan bütün komanda birlikdə çalışacağıq. Hər şey yaxşıdır, normal davam edir.
Hazırda ancaq fiziki məşqlərə üstünlük veririk. Komanda hələ tam birlikdə məşq edə bilmir. Yəni, qapıçılar ayrı, futbolçular ayrı. Buna görə bu dəqiqə legionerlərin olmamasının təsiri hələ özünü göstərmir”.
“Neftçi” Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində yanvarın 21-də “Səbail”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin