“Neftçi”nin futbolçusu 2 həftəlik sıradan çıxıb
“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber zədələnib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun topuğu burxulub.
Caber bu səbəbdən iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
“Neftçi” Premyer Liqanın 16-cı turunda “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşma dekabrın 10-da, saat 18:00-da “Neftçi Arena”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin