“Neftçi”nin futbolçusunun cəzası açıqlandı

Azərbaycan Premyer Liqasının 32-ci turunda “Qarabağ”la keçirilən oyunda (2:4) qırmızı vərəqə alan “Neftçi”nin müdafiəçisi Vojislav Stankoviçin cəzası açıqlanıb.

Komanda.az xəbər verir ki, AFFA İntizam Komitəsi təcavüzkar davranış səbəbindən serbiyalı futbolçuya 2 oyunluq cəza kəsib.

Bu, “ağ-qaralar”ın 1600 manat cərimələnməsinə səbəb olub. Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxsin daxil olması Bakı klubuna əlavə 1600 manatlıq cərimə bahasına başa gəlib.

Bundan başqa, hər iki klub azarkeşlərinin davranışı ucbatından xərcə düşüb. Həm “Neftçi”, həm də “Qarabağ”ın fanatları meydançaya yad əşyalar atıblar. Həmçinin, onların kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadə işlətmələri də diqqətdən yayınmayıb. Bütün bunlar “Neftçi” və “Qarabağ”ın hərəsinin əlavə olaraq 5600 manat cərimələnməsinə yol açıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button