“Neftçi”nin futbolçuları Kosta Rika ilə oyuna dəvət aldılar
“Neftçi”nin futbolçuları – Soni Mustivar və Donald Gerye Haiti milli komandasına dəvət olunublar.
Komanda.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçilər noyabrın 17-də Kosta Rika ilə səfərdə keçiriləcək KONKAKAF Milli Liqası matçına çağırılıblar.
Qeyd edək ki, Mustivar Haiti milli komandasının heyətində 18 oyunda 2, Gerye isə 46 oyunda 11 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin