“Neftçi”nin yarımmüdafiəçisi zədəsini sağaldıb

“Neftçi”nin futbolçusu Ataa Caber zədəsini sağaldıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu artıq özünü yaxşı hiss etdiyini bildirib:

“Yenidən oynamağa hazıram. Bərpa prosesi bir az çətin keçdi. Çünki sağaldıqdan sonra çıxdığım ilk oyunda yenidən eyni yerdən xəsarət almışdım. Eyni prosesi keçməli oldum. Üç aylıq fasilədən sonra bura qayıtdım.

Hazırda kollektiv şəkildə “Qəbələ” ilə qarşıdakı oyuna köklənmişik. Düşünürəm ki, həmin matçda qələbə qazana biləcəyik. Ondan sonra növbəti qarşılaşma barədə danışmaq olar”.

Martın 29-da keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button