“Neftçi”nin dördüncü transferi
“Neftçi” fransız müdafiəçi Romen Baskın transferi ilə bağlı detalları açıqlayıb.
Komanda.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə 2 il müddətinə müqavilə bağlanıb.
Yarımmüdafiəçi mövqeyində də çıxış edən yeni futbolçu yeni komandasının heyətində “14” nömrəli formanı geyinəcək.
Romen Bask Fransanın “Keviyi Ruan” (2014-2018) və “Havr” (2018-2021) klublarında çıxış edib. O, sonuncu Liqa 2 mövsümündə “Havr”ın heyətində 31 oyun keçirib, 3 qol vurub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares və Xəyal Nəcəfovu transfer etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin