
“Neftçi”nin daha bir legioneri milli komandaya çağırılıb
“Neftçi”nin futbolçusu Ataa Caber Fələstin millisinin düşərgəsinə çağırılıb.
Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi Livan və Avstraliya yığmalarına qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün komandaya cəlb edilib.
Fələstin millisi iyunun 6-da Livan, beş gün sonra Avstraliya ilə üz-üzə gələcək.
Daha əvvəl “Neftçi”dən Alfa Konte Syerra Leone millisinə dəvət alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin