“Neftçi”nin potensial rəqibi sabiq “Qalatasaray”lını bəyənmədi
“Neftçi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi “Olimpiakos” klubu futbolçusu Bruma ilə yollarını ayıracaq.
Komanda.az xəbər verir ki, Pirey təmsilçisi ötən mövsümü icarə əsasında komandada keçirən cinah hücumçunun çıxışını bəyənməyib və onun transfer hüquqlarını almayacaq. 26 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu PSV klubuna qayıdacaq.
Bruma daha əvvəl Portuqaliyada “Sportinq”, İspaniyada “Real Sosyedad”, Türkiyədə “Qalatasaray”, Almaniyada “Leyptsiq” kimi klublarda çıxış edib.
“Neftçi” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) komandası ilə qarşılaşacaq. Cütün qalibi 2-ci mərhələdə Yunanıstanın “Olimpiakos” komandası ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin