“Neftçi”nin potensial rəqibindən qələbə

“Neftçi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi “Olimpiakos” yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Pirey təmsilçisi Avstriyanın “Volfsberq” komandası ilə qarşılaşıb. Görüş yunanların minimal hesablı qələbəsiylə başa çatıb – 1:0. Matçdakı yeganə qolu 62-ci dəqiqədə Hassan Koka vurub.

“Neftçi” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) komandası ilə qarşılaşacaq. Cütün qalibi 2-ci mərhələdə Yunanıstanın “Olimpiakos” komandası ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button