“Neftçi”nin potensial rəqibi “Sevilya”dan ayrılan futbolçu ilə razılaşdı
“Neftçi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi “Olimpiakos” (Yunanıstan) heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, Pirey təmsilçisi “Sevilya” ilə yollarını ayıran Tomaş Vaçliklə razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Olimpiakos” 32 yaşlı qapıçı ilə yaxın zamanda müqavilə imzalayacaq.
Vaçlik Çexiya milli komandası ilə AÇ-2020-də iştirak edib.
“Olimpiakos” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” – “Dinamo” (Tbilisi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. “Neftçi” ilk matçda “Dinamo”nu səfərdə 2:1 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab matçı sabah, 8-ci km stadionunda oynanılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin