Bəhluldan imtina edən “Əl-Əyn” yeni müdafiəçi transfer etdi – “Neftçi”nin rəqibindən
“Neftçi”nin Çempionlar Liqasının 2-ci mərhələsindəki rəqibi “Olimpiakos”un futbolçusu Yassin Merya karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
Komanda.az xəbər verir ki, 28 yaşlı müdafiəçi “Əl-Əyn” klubuna keçib. Bu barədə BƏƏ təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tunisli futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
“Sabah”dan ayrılıb “Əl-Əyn” klubuna keçmək istəyən Bəhlul Mustafazadənin transferinin baş tutmadığını xəbər vermişdik. Ərəblər son anda Azərbaycan millisinin müdafiəçisi ilə rəsmi müqavilə imzalamaqdan imtina ediblər. “Sabah” klubu “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə FİFA məhkəməsinə müraciət etməyə hazırlaşır. “Ə-Əyn”ə keçidi alınmayan Bəhlul isə artıq azad agent statusundadır.
“Neftçi” bu gün Çempionlar Liqasının 2-ci mərhələsinin cavab oyunu çərçivəsində “Olimpiakos”u qəbul edəcək. Oyun saat 21:00-da start götürəcək. “Neftçi” ilk matçda rəqibinə 0:1 hesabıyla uduzub.
Bizi Facebook-da izləyin