“Neftçi”nin rəqibi “Beşiktaş”ın futbolçusu ilə danışıq aparır
“Neftçi”nin Çempionlar Liqasının 2-ci mərhələsindəki rəqibi “Olimpiakos” (Yunanıstan) klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Komanda.az xəbər verir ki, Pirey təmsilçisi “Beşiktaş”dan Jorj-Kevin Nkudunu heyətinə qatmaq istəyir. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Xəbərdə, 26 yaşlı vingerin “Olimpiakos”la danışıqlar apardığı bildirilib.
Nkudu ötən mövsüm “Beşiktaş”la 38 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə edib.
“Neftçi” “Olimpiakos”la iyulun 21-də səfərdə, iyulun 28-də isə Bakıda qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin