“Neftçi”nin 8 üzvü koronavirusdan sağaldı
“Neftçi”nin bir neçə futbolçusu və məşqçisi koronavirusdan sağalıb.
Komanda.az klubun televiziyasına istinadən xəbər verir ki, “ağ-qaralar”da baş məşqçi Samir Abasov və onun köməkçilərindən Vəfadar Quliyevlə Qədir Həsənov, futbolçulardan isə Voislav Stankoviç, Anton Krivotsyuk, Mərt Çəlik, Mamadu Mbodj və Asim Əlizadənin təkrar testlərinin cavabı neqativ olub.
Sabir Buqrin, Kamran İbrahimov, Bruno Teluşi və Fərid İsgəndərovun müalicəsi isə davam edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin