“Neftçi”nin baş məşqçisinin şikayəti təmin olundu

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodanla bağlı apellyasiya şikayəti təmin olunub.

Komanda.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir, İlfov məhkəməsi 47 yaşlı mütəxəssisin aylıq cəmi 2000 avro aliment ödəməsinə qərar verib. Daha əvvəl bu məbləğ 7000 avro idi.

Rumıniyalı baş məşqçi 2008-2021-ci illərdə Prodanla ailəli olub. Onların bir övladı var.

Laurentsiu Regekampf “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button