“Neftçi” “Keşlə”nin legioneri ilə maraqlanır – Samir Abasov açıqladı
“Neftçi”nin baş məşqçisi Samir Abasov adı klubla hallanan Təmkin Xəlilzadə və Sezar Meza Kolli barədə açıqlama verib.
Komanda.az xəbər verir ki, “Neftçi” TV-yə danışan Abasov, “Keşlə”nin paraqvaylı yarımmüdafiəçisi ilə maraqlandıqlarını söyləyib:
“Təmkin Xəlilzadə barədə danışmışıq. Gəlin, bu söhbəti birdəfəlik bağlayaq. Sezara gəlincə, gizlətməyəcəm, bu məsələ var. Şəxsən özüm onun gəlişində maraqlıyam. Ancaq indi gözləməliyik. Çünki “Keşlə”nin kubokda final oyunu var. Sadəcə, azarkeşlərimiz çox maraqlandığı üçün bu barədə açıqlama vermək istədim. Finaldan sonra danışacağıq”.
Abasov “Keşlə”də icarədə olan Turan Vəlizadə ilə Rəhman Hacıyev və “Sumqayıt”da oynayan Cabir Əmirlinin mümkün qayıdışı barədə də fikir bildirib. O, Rəhmanın geri dönüşünün mümkünlüyünü söyləyib. Digər iki futbolçu isə hazırkı klubları tərəfindən istənilsə, “Neftçi”yə qayıtmayacaqlar.
Bizi Facebook-da izləyin