“Neftçi”nin baş məşqçisinə ağır itki
“Neftçi” Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”la bu gün keçiriləcək oyuna baş məşqçisiz çıxacaq.
Komanda.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis qarşılaşmada texniki zonada yer almayacaq. Çünki rumıniyalı çalışdırıcı anası Rodika Mutunun ölümü ilə əlaqədar ölkəsinə yollanıb. “Qaradağ Lökbatan”la matça komandanı baş məşqçinin köməkçiləri çıxaracaq.
“Neftçi” – “Qaradağ Lökbatan” oyunu saat 18:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin