“Neftçi”nin baş məşqçisi yenə evlənir
“Neftçi”nin rumıniyalı yeni baş məşqçisi Laurentsiu Regekampf növbəti dəfə evlənməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, bunu 47 yaşlı mütəxəssis özü Rumıniya mətbuatına açıqlamasında deyib. Anamariya Prodanla boşanma prosesində olan Regekampf bundan sonra 29 yaşlı sevgilisi Korina Kasiusla ailə həyatı quracaq. Cütlüyün Liam adında bu yaxınlarda dünyaya gələn oğlu var.
Regekampfın ümumilikdə üç fərqli qadından (Mariana, Anamaria Prodan, Korina Kasius) üç oğlu var.
“Neftçi” bir neçə gün əvvəl Regekampfla 2 illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin