“Neftçi”nin baş məşqçisinə 5 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda Gənclər Liqasında keçirilən “Səbail” – “Neftçi” oyununda “Səbail”in baş məşqçisi Müşviq Qənbərov və “Neftçi”nin baş məşqçisi İlyas Qurbanov öz aralarında davamlı şəkildə mübahisə etdikləri üçün hər iki çalışdırıcının 5 oyunluq cəzalandırılmasına qərar verilib.

Bundan başqa, U-17 Liqasında keçirilən “Xan Lənkəran” – “Zirə” oyununda “Xan Lənkəran” komandasının baş məşqçisi Ramiz Hüseynov qarşılaşmanın 40-cı dəqiqəsində meydana daxil olaraq kəskin şəkildə etiraz etdiyi üçün qırmızı vərəqə aldıığına görə 1 oyunluq cəzalandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button