“Neftçi”nin baş məşqçisi bağışlanmadı

AFFA Apellyasiya Arbitraj Tribunalı “Difai” komandası tərəfindən verilən apellyasiya şikayətini təmin edib.

Komanda.az xəbər verir ki, 17 fevral 2023-cü il tarixdə İntizam Komitəsi tərəfindən AFFA Region Liqasında çıxış edən “Difai” barəsində qəbul edilmiş 0:3 hesablı texniki məğlubiyyət cəzası ləğv edilib.

“Neftçi” klubu tərəfindən verilmiş apellyasiya şikayətləri isə təmin edilməyib.

İntizam Komitəsi tərəfindən AFFA Gənclər Liqasında çıxış edən “Neftçi”nin futbolçusu Oruc Məmmədov barəsində 4 oyun və komandanın baş məşqçisi İlyas Qurbanov barəsində verilmiş 5 oyun kənarlaşdırma cəzası qüvvədə saxlanılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button