
“Neftçi”nin baş məşqçisi 1 oyunluq cəzalandı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasında 6-cı turunun oyunları ilə bağlı qərarlar verilib.
Əvəzedicilər liqasında 6-cı turun “Neftçi-2” – “Araz-Naxçıvan-2” oyunu bitdikdən sonra “Neftçi-2” komandasının baş məşqçisi Rəşad Abdullayev hakimin qərarına etiraz etdiyinə görə ikinci “sarı”dan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Neftçi-2” komandası 250 manat cərimə edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



