“Neftçi”nin Avroliqa üçün iştirak ərizəsi açıqlandı

“Neftçi” Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Speranta” klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Komanda.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ərizədə 24 futbolçu yer alıb:

Qapıçılar: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov;

Müdafiəçilər: 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 18. Tural Axundov, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 51. Mehmet Serin, 85. Şöhrət Yusifov;

Yarımmüdafiəçilər: 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 10. Dario Federiko, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 28. Stiven Jozef-Monroz, 33. Turan Vəlizadə, 36. Mamadu Kane, 37. Vüsal Əsgərov, 80. İsmayıl Zülfüqarlı, 93. Soni Mustivar;

Hücumçular: 9. Baqali Dabo, 19. Rauf Əliyev.

Qeyd edək ki, “Neftçi”nin “Speranta” ilə ilk oyunu iyulun 11-də “Zimbru” stadionunda, cavab matçı isə ayın 18-də Bakıdakı 8-ci km stadiounda keçiriləcək. Hər iki görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button