“Neftçi”nin Antalyadakı ilk məşqinə hava şəraiti əngəl oldu
“Neftçi” PFK təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Türkiyənin Antalya şəhərindəki əlverişsiz hava şəraiti səbəbindən ilk məşq trenajor zalında baş tutub və müxtəlif fiziki təmrinlər yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edəcək.
Manavqat bölgəsində məskunlaşan komanda qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 14-də Macarıstanın “Kişvarda”, 19-da Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq. Yanvarın 24-dəki rəqib dəqiqləşəndə, bu haqda əlavə məlumat veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin