
“Neftçi”nin 7 futbolçusu “Turan Tovuz”la matçda olmayacaq
“Neftçi”nin 7 futbolçusu Premyer Liqanın 34-cü turunda “Turan Tovuz”la oyunu buraxacaq.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.
Robert Bauer, Rafael Quzzo, Emil Səfərov, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün meydana çıxmayacaq.
Mayın 10-da Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 19:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



