“Neftçi”nin 2 futbolçusu “Sumqayıt”la oyunu buraxacaq
“Neftçi”nin iki futbolçusu “Sumqayıt”a qarşı keçiriləcək Azərbaycan Premyer Liqasının 29-cu tur oyununu buraxacaq.
Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlama verib.
O bildirib ki, zədədən sonra fərdi məşq edən Ataa Caber və Vato Arveladze bugünkü matçı buraxacaqlar:
“Komanda ilə ümumi hazırlığa qoşulan Eddi İsrafilovun isə vəziyyəti yaxşıdır. Caber də kollektiv məşqlərə başlamışdı. Sonradan dördbaşlı əzələdə ağrı hiss etdiyi üçün fərdi məşqlərlə kifayətlənir. Arveladzenin isə yüngül zədəsi var. Düşünürəm ki, qısa müddətdə komandaya qoşulacaq”.
“Sumqayıt Arena”da keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin