“Neftçi”nin 2 futbolçusu məşqləri bərpa edib

“Neftçi”nin heyətində zədəli futbolçular var.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bərpa prosesini davam etdirən Emil Balayevlə yanaşı, mikro zədəsi olan Qara Qarayev də fərdi məşğul olur.

Əvəzində, Eddi İsrafilov və Andre Şinyaşiki artıq komanda ilə məşqləri bərpa ediblər. Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək “Qəbələ” ilə matçda ötən turda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Yuri Matias iştirak etməyəcək.

“Qəbələ” – “Neftçi” oyunu noyabrın 5-də, saat 16:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button