“Neftçi” rəsmisindən siqaret çəkən futbolçuyla bağlı AÇIQLAMA

“Neftçi”nin qapıçısı Elnur Hüseynovun siqaret çəkdiyi üçün Azərbaycanın U-19 yığmasının heyətindən kənarlaşdırıldığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, məsələ ilə bağlı “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə danışdıq. Allahverdiyev, intizamsızlığa görə millidən qovulan Hüseynovla bağlı yekun qərarın əsas komanda Türkiyədən qayıtdıqdan sonra veriləcəyini bildirdi:

“Federasiya bu barədə bizə məlumat verib. Rəhbərliyin hazırkı qərarı belədir ki, futbolçu Bakıya qayıtdıqdan sonra məşqlərə buraxılmayacaq. Yanvarın 25-də əsas komanda Bakıya qayıdır. Bundan sonra komandanın idman direktoru futbolçuyla bağlı rəhbərliklə məsləhətləşəcək və qərar veriləcək”.

“Neftçi”nin futbolçusu Elnur Hüseynovla yanaşı, “Zaqatala”nın qapıçısı Vüsal Şabanov da siqaret çəkdiyi üçün yığmadan kənarlaşdırılıb.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button