“Neftçi”ni yaxşı təhlil etmişik”
Şimali Makedoniyanın “Şkupi” komandasının yarımmüdafiəçisi Besar İseni Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacaqları “Neftçi” ilə matçdan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabah təcrübəli komandaya qarşı oynayacağıq. Qarşılaşmaya maksimum dərəcədə hazırlaşmışıq. Cütün taleyi bir oyundan sonra həll olacaq və bu səbəbdən hər şey baş verə bilər. Sabah yaxşı oyun sərgiləyəcəyimizə və qələbə qazanacağımıza ümid edirəm. Rəqibi yaxşı təhlil etmişik. Sabahkı matça hazırıq. Meydanda öz oyunumuzu nümayiş etdirəcəyik”.
Qeyd edək ki, avqustun 27-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Şkupi” oyununa saat 20:00-da start veriləcək.
Bizi Facebook-da izləyin